Türkiyənin Azərbaycandakı səfiri Əlahiddə Ümumqoşun Ordusunun komandanı ilə görüşüb – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovniki Kərəm Mustafayevlə görüşüb.

Bu barədə səfirliyin “Twitter” səhifəsindən məlumat verilib.

Məlumata əsasən, görüş Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında baş tutub.

Qeyd edək ki, dünən bölgəyə gələn Cahit Bağçı ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir