Türkiyənin keçmiş XİN başçısı: “Bizə mütləq sülh lazımdır”

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Cənubi Qafqazda cərəyan edən proseslərdən danışıb. 

Oxu.Az-ın məlumatına əsasən, H.Çətin bildirib ki, Ermənistan rəhbərləri erməni diasporunun maraqlarını ifadə etməməlidir.

“Erməni diasporu Ermənistanın qərarlarına təsir edir, Ermənistan rəhbərləri qərar verərkən özünün iradəsinə güvənməlidir”, – deyə H.Çətin əlavə edib.

O qeyd edib ki, hazırda münaqişə zamanı deyil, indi sülh və təhlükəsizlik vaxtıdır: “Qafqaz böyük potensiala malikdir. Biz bu potensialı düzgün dəyərləndirməliyik. Bizə mütləq sülh lazımdır, Azərbaycan da buna çalışır”, – deyə H.Çətin bildirib.

Eks-nazir qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir