Ukrayna səfiri: “Azərbaycan xalqının acısına şərikik” – FOTO

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə ukraynalı səfir “Twitter” hesabında paylaşım edib.

“Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş Müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”, – deyə səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.