Ukraynada yaşayan azərbaycanlılardan xəsarət alan olub? – RƏSMİ AÇIQLAMA

Qaynar xəttə daxil olan müraciətlər araşdırılır.

Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, hələ ki Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur:

“Xarkovdan narahatedici xəbərlər gəlir. Çünki Xarkovda 75 mindən çox soydaşımız yaşayır. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyi ilə, diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Ukraynadakı Türkiyə səfirliyi ilə də əlaqədəyik. Hələ ki Ukraynada fəaliyyətimizi davam etdiririk. Soydaşlarımızı sərhəd vilayətlərinə səyahət etməməyə, evlərində qalmağa çağırırıq. Ən təhlükəsiz variant budur. Diplomatlar olaraq hamımız iş başındayıq. Diplomatların ailələri də Kiyevdədirlər. Göstəriş olmasa, biz Kiyevi tərk etməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.