Ukraynadan Azərbaycana dəstək

Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun Həmsədrləri Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı raket hücumlarından narahatdır.

Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərin narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüquqları pozma cəhdlərini qətiyyətlə pisləyiblər. Ukraynalı parlamentarilər mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək qarşıdurmanın sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir