Ukraynanın sabiq Prezidenti İlham Əliyevi təbrik etdi

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz hələ gəncsiniz, lakin artıq “müdriklik yaşı”na çatmısınız. Bu yaşda insan bayram hədiyyələrinə sakit münasibət bəsləyir. Mən öz təbrik məktubuma belə başlamaq fikrində idim. Daha sonra yazmaq istəyirdim: “Lakin yəqin ki, Siz özünüzün və xalqınızın lap yaxın vaxtlarda aldığı çox qiymətli hədiyyə barədə düşünəndə ürəyiniz hələ də tez-tez döyünür”.

Təkrar edirəm, mən belə yazmaq istəyirdim, lakin əlim gəlmədi.

Haqqına görə sənə mənsub olanın qaytarılmasını hədiyyə adlandırmaq olmaz.

Qan bahasına əldə ediləni hədiyyə adlandırmaq olmaz.

Əgər Sizin qəlbiniz həqiqətən tez-tez döyünürsə, burada “hədiyyə” deyil, “qürur”, “şərəf”, “ədalət” sözlərini işlətmək düzgün olar.

Mən Sizə bunu arzu edirəm. Qoy, bundan sonra da qürur, şərəf və ədalət Sizinlə olsun. Qoy, bu sözlər bundan sonra da Sizin qəlbinizi tez-tez sevindirsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir