Vətən müharibəsindəki dronlar: Fransa narahatdır, bir neçə ölkə alış üçün “qapıda” növbə gözləyir – ŞƏRH

İkinci Qarabağ müharibəsində Azərbaycanın tətbiq etdiyi hərbi taktikalar, ən müasir silahlardan istifadə etməsi müasir hərb tarixində qırmızı xətlə keçir.

Beşinci nəsil silahların, o cümlədən yüksək dəqiqlikli silahların tətbiqi, canlı qüvvələrin gözlənilməz həmlələri diqqətlə öyrənilir və aparıcı ölkələr tərəfindən analiz edilir.

Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub.

Digər münaqişələrdən fərqli olaraq Qarabağda PUA-lar artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilib.

Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqi dünyanın bir çox hərbi qərargahlarını, o cümlədən Fransanı narahat edir.

Təsadüfi deyil ki, Fransanın 2025-ci ilə qədərki hərbi proqramında PUA-larla mübarizə prioritet istiqamət təşkil edəcək. Bunun üçün Fransa parlamentinə təklif də verilib.

Fransanın “La Monde” nəşri bu ilin iyunun 27-də “PUA-lar müharibəsi” başlıqlı məqaləsində Türkiyə dronlarının gücünə, effektivliyinə diqqət çəkib.

Türkiyə dronları illərdir bəzi Rusiya silahları haqqında yaradılan mifi də darmadağın edib, məhz buna görə yeni alıcılar dronların əldə edilməsi üçün Ankara ilə intensiv danışıqlar aparır.

Hələlik Türkiyənin dron sistemlərinə yalnız Azərbaycan və Qətər malikdir. Növbəti ölkələrin isə Polşa və Ukrayna olması gözlənilir. Latviya da bu sistemləri almaqda maraqlıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir