Vaşinqtonun Cənubi Qafqaza dair siyasəti necə dəyişəcək? – ABŞ-dan MÜSAHİBƏ

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin demokratiyanı təşviq etməkdən imtina etməsi ilə bağlı açıqlamasından sonra Dövlət Departamentinin demokratiyanın, həmçinin Vaşinqton-İrəvan münasibətlərinin inkişafına, eləcə də Ermənistanın Türkiyə və Azərbaycanla dostluq münasibətlərinin bərpasına vəsait ayırdığı barədə xəbərləri gəldi. Ancaq ayrılan məbləğ çox azdır: cəmi 150 min dollar…

Amerikalı publisist, Redford Universitetinin professoru, Ceymstaun Fondunun dəvət olunmuş mütəxəssisi Qriqori İoffe Media.Az-a bununla bağlı şərh verib.

Onun sözlərinə görə, göstərilən məbləğ bu mövzunun prioritet olmadığını göstərir.

“Məsələn, ABŞ Belarus müxalifəti üçün milyonlarla dollar ayırıb”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, demokratlar hakimiyyətə gəldikdən, həmçinin İkinci Qarabağ müharibəsi bitdikdən və Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra bir çoxları ABŞ-ın münaqişənin həllində öz rolunu qeyd etmək üçün ATƏT-in Minsk Qrupunu canlandırmaqla bağlı aktiv işlərə başlayacağını gözləyirdi. İlk əvvəll belə də oldu, amma indi hər şey sakitləşib, bir neçə həftədir Vaşinqton bu mövzuda açıqlamalar vermir. 

Professor bunun səbəbini ABŞ-ın başının daxili problemlərə qarışdığı ilə izah etdi. 

“Həmçinin bu mövzu prioritet olmaqdan çıxıb və hazırda nizamlamada əsas rol oynayan Rusiyanın iltizamına buraxılmaq məcburiyyətində qalıb”, – deyə Q.İoffe əlavə etdi.

O, ABŞ-ın Azərbaycana qarşı tarazlı siyasət yürütdüyünü, bunun təsdiqi kimi məşhur Ceymstaun Fondunun Qarabağ müharibəsi zamanı çap etdiyi çoxlu sayda materiallarını xatırladıb.

“Bunların arasında ermənilərin nöqteyi-nəzərini ifadə edəcək məqalələr demək olar ki, yox idi. Ya azərbaycanyönlü, ya da bitərəf baxışlar qələmə alınmışdı. Bunun fərqinə varmamaq çətin idi”, – deyə professor sözlərini yekunlaşdırdı. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir