Viktor Muraxovski: “Bu siyasi cəfəngiyyata münasibət bildirmək istəmirəm” – MÜSAHİBƏ

Rusiya və Ermənistan müdafiə nazirləri – Sergey Şoyqu və Vaqarşak Harutunyanın ötən gün baş tutan telefon danışığında iki ölkənin hərbi və hərbi-texniki əməkdaşlığını, o cümlədən Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılarının fəaliyyəti müzakirə edilib.  

Söhbət, Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının Qarabağdan çıxarılması və erməni çağırışçılarının Qarabağa göndərilməsinin qadağan edilməsi barədə məlumatların fonunda baş verib.

Bu səbəbdən Rusiya və Ermənistanın müdafiə narizlərinin söhbəti zamanı sözügedən məsələnin müzakirə edildiyi istisna edilmir.

Caliber.Az bu mövzunun şərh üçün rusiyalı ictimai və siyasi xadim, ehtiyatda olan polkovnik, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Viktor Muraxovskiyə müraciət edib.

Necə düşünürsüz, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması prosesi problemsiz olacaq?

Mən hesab edirəm ki, bəli. Əslində, Ermənistandan olan hərbi personalın Qarabağda olması heç kimə sirr deyildi. İndi isə artıq müharibənin gedişatında aydın olan prosesin faktiki reallaşdırılması baş verir.

Eyni zamanda, indi Ermənistan tərəfdən Qarabağdakı Azərbaycan ərazisində peşəkar ordu yaratmaq ehtimalı ilə bağlı fərziyyələr səslənir…

Bu açıqlamaların hansı anlama gəldiyini şərh etmək mənim üçün çətindir. Bunlar heç bir hərbi məna daşımayan siyasi açıqlamalardır …

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin münaqişələrin həllinə dair imzaladıqları Bəyanatda Azərbaycanın bir hissəsi olan və işğaldan azad edilmiş Qarabağın statusu barədə bir söz belə yoxdur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin də danışıb. Lakin Ermənistanın xarici işlər naziri Ara Ayvazyan və başqa siyasi fiqurlar hansısa mifik statusdan, öz müqəddəratını təyinetmə hüququndan danışmağa davam edirlər.

Bilirsiniz, bu siyasi cəfəngiyyata münasibət bildirmək belə istəmirəm. SSRİ-nin dağılmasından sonra artıq bu barədə kifayət qədər eşitmişik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir