Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Prezidentə ünvanlanan təbrikdə qeyd olunub ki, ötən ildə iki dövlət başçılarının Moskva və Soçidə keçirilən görüşləri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

Rusiya-Azərbaycan əlaqələrinin bütün spektrini daha da inkişaf etdirmək üçün konstruktiv dialoqun və sıx birgə işin davam etdirilməsinə ümid ifadə olunub. Bu, vurğulandığı kimi, iki dövlətin xalqlarının köklü maraqlarına uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir