“VMedia”: “Dövlət Dumasının deputatı Zatulin Rusiyanın maraqlarına zidd fəaliyyət göstərir”

“VMedia” yutub-kanalı Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Rusiya-Ermənistan münasibətlərinə dair məsələlərdə Rusiyanın maraqlarına zidd fəaliyyət göstərdiyini sübut edən videoçarx hazırlayıb.

“Report” xəbər verir ki, videoçarxda deputatın bu sahədəki fəaliyyəti tənqid olunub. 

“Ermənistandakı rusların vəziyyəti barədə məsələlərə susqunluq nümayiş etdirən, “Ermənistanın dil haqqında” qanununu və rəsmi İrəvanın nasistləri qəhrəman səviyyəsinə qaldırmasını şərh etməyən K.Zatulin faktiki olaraq, 2018-ci ildə “məxməri inqilab”ın baş verməsinə və ölkənin rəsmi Moskvadan uzaqlaşaraq, “Qərbə yaxınlaşmaq” siyasi kursu yürüdən Nikol Paşinyanın hakimiyyətə gəlməsinə öz töhfəsini vermiş oldu”, – müəlliflər qeyd ediblər.

Qeyd olunub ki, Ermənistandakı rusların vəziyyəti barədə məsələlərə susqunluq nümayiş etdirən deputat Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasına dərhal reaksiya vermək qərarına gəlib.

Videoçarxda bir neçə ritorik sual səslənir: “Maraqlıdır, cənab Zatulin Rusiya Dövlət Dumasında Ermənistanı deyil, Soçini təmsil etdiyini unutmayıb ki? Rusiyalı vergi ödəyiciləri hesab etmirlər ki, ödədikləri pullar düzgün istiqamətdə istifadə edilmir? Əgər Zatulin kimin maraqlarını müdafiə etdiyini unudubsa, onu xarici agent elan etməyin vaxtı çatmayıb ki?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir