Xameneinin nümayəndəsi Azərbaycan və Türkiyəni HƏDƏLƏDİ

İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı İran mediasına istinadən xəbər yayıb.

İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.

“İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, – deyə Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir