Xarici diplomatlar Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər – FOTO

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir