XİN: “Avstriya ilə faydalı əməkdaşlığın daha da inkişafını gözləyirik” – FOTO

Avstriya ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyirik.

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviterdəki səhifəsində Avstriya ilə diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olması ilə əlaqədar paylaşımında yer alıb.

“Bu gün Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyirik”, – paylaşımda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.