XİN başçısı hərbi əməliyyatların qırmızı xətlərindən danışdı

“Hərbi əməliyyatların aparılması özlüyündə çox xoşagəlməz ssenaridir. Hər bir dövlət bundan çəkinməyə çalışır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, hərbi əməliyyatların aparılmasının da beynəlxalq konvensiyaları var:

“Burada da qırmızı xətlər var. Lakin Ermənistan tərəfi bu normaları gözləmədiyini hər fürsətdə sübut edir. Bu problemin kökündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxındır ki, həll olunmaması dayanır.

Bu konfliktin kökləri və səbəbləri hər kəsə bəllidir. 1993-cü ildən etibarən BMT-nin bu məsələnin həllinə dair qətnaməsi başda olmaqla, çoxsaylı beynəlxalq təşkilatların qətnamələri, qərarları olub. Lakin bu uzun illər ərazində həmin qərarların heç birinin icrasında hər hansı bir irəliləyiş qeydə alınmayıb”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir