XİN-də yeni idarələr yaradıldı – SİYAHI

Xarici İşlər Nazirliyinin (XİN) strukturuna daxil olan idarələrin sayı artırılıb.

Bu barədə Oxu.Az XİN-in saytına istinadən xəbər verir.

Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.

Onlar aşağıdakılardır:

– Amerika idarəsi;

– Asiya İdarəsi;

– UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi;

– Ümumi Katiblik;

– Linqvistik təminat idarəsi;

– Arxiv İdarəsi;

– İşlər İdarəsi;

– Xüsusi şöbə.

Qeyd edək ki, bu il aprelin 30-da Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir