XİN-dən sabiq səfirin sözlərinə MÜNASİBƏT

Azərbaycanın Belarus, Moldova və Pakistanda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olmuş İsfəndiyar Vahabzadə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini təhqir edib.

Onun bu sözləri Rusiyada geniş rezonans doğurub.

Məsələ barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib:

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir