XİN rəhbəri: “Ermənistan Azərbaycan tərəfindən atılan konstruktiv addımlara tam qarşılıq vermir”

“Post münaqişə dövründə Azərbaycan tərəfindən atılan konustruktiv addımlara baxmayaraq, Ermənistan tərəfindən hələ də bunların qarşılığının tam verilməsinin şahidi olmamışıq”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatların icrası ilə bağlı bir ildən artıqdır ki, işlər gedir:

“Artıq bir neçə müddəalar yerinə yetirilib. Bəzilərinin yerinə yetirilməsi hələ də müzakirə olunur. Təbii ki, ləngimələr var”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir