XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA

“Ermənistan ciddi şəkildə öz üzərinə düşən öhdəliklərə riayət etməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və real addımlar atmalıdır”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin hərbi əməliyyatların bərpa olunması barədə suala cavab verməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması müşahidə olunarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər an mövcud olacaq:

“Hazırda belə bir yanaşma müşahidə olunur. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq saat 12-dən sonra biz bunu görmədik. Hazırda hərbi əməliyyatlar davam etdirilir”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir