Xuraman Qasımovaya “İstiqlal” ordeni verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Xuraman Əkrəm qızı Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, X.Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 

Qeyd edək ki, iyunun 6-da Xalq artisti X.Qasımovanın 70 yaşı tamam olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir