Xüsusi nümayəndə: “Məcburi köçkünlərin bir hissəsi hələ də müvəqqəti yaşayış məntəqələrində yaşayacaq”

“Keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması, hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə artıq bizdə məlumat var”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi üzrə böyük qayıdış prosesi başlayarkən bütün bunların hamısı nəzərə alınacaq: 

“Bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir. Onlar “Böyük qayıdış”la bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti il ərzində bu iş yekunlaşacaq. “Böyük qayıdış”ın hazırlıq mərhələsinə keçəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir