YAP-a yeni İdarə Heyəti seçilib

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında yeni İdarə Heyəti seçilib.

Bu barədə jurnalistlərə deputat Elman Məmmədov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyətinin sədri Prezident İlham Əliyevdir. 

Baş nazirin müavini Əli Əhmədov isə sədr müavini olaraq qalıb. 

Deputat Səməd Seyidov isə bildirib ki, partiyada böyük dəyişikliklər olub.

Qeyd edək ki, yeni İdarə Heyətinin üzvlərinin sayı 40 nəfərdən ibarətdir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir