Yaponiya Rusiyaya sanksiyalar tətbiq etdi

Yaponiya Rusiyanın qondarma “DXR” və “LXR”i tanıması ilə əlaqədar sanksiyalar tətbiq edib.

Bu barədə Yaponiyanın baş nazir Fumio Kişida bildirib.

Baş nazirin sözlərinə görə, məhdudiyyətlərə Rusiya istiqrazlarının buraxılmasına qadağa qoyulması və bir sıra rusiyalıların aktivlərinin dondurulması daxildir.

Bundan əlavə, Tokio “DXR” və “LXR”dən malların idxalını və ixracını, habelə “respublikaların” nümayəndələrinə vizaların verilməsini qadağan edir.

Kişida xəbərdarlıq edib ki, vəziyyət pisləşərsə, Yaponiya hakimiyyəti əlavə tədbirləri nəzərdən keçirəcək.

Mənbə: Reuters

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.