Yeni Horadiz-Zəngilan yolu altı zolaqdan ibarət olacaq

Yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli qoyulub. 

Oxu.Az xəbər verir ki, mərasimdə Prezident İlham Əliyev iştirak edib. 

“Mövcud olan yola paralel olan yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır”, – deyə dövlətimizin başçısı çıxışı zamanı deyib. 

Ümumi uzunluğu 124 kilometr olan bu yol altızolaqlı olacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir