Yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.

2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Evlidir. Üç övladı var. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir