Yuri Mavaşev: “Ermənilərin yeri rahatdır, nə demək olar?”

Ermənistanda “ermənilərin türkləşdirilməsi” barədə danışılanlar bu gün erməni kimliyini formalaşdıran və onun aparıcı konstruksiyası olan illüziyalardan əl çəkmək qorxusunu ortaya çıxarır. Axı Türkiyə ilə münasibətlərin normallaşması, onun Ermənistanla dialoq aparmaq hüququnun tanınması, müəyyən mənada artıq özündən imtinadır. Bu səbəbdən onlar “türkləşmə”dən danışırlar. Yəni onlar Türkiyədə və türklərin əhatəsində “əriməkdən” qorxurlar.

Bunu Rusiyada Yeni Türkiyə Tədqiqat Mərkəzinin (RYTTM) direktoru Yuri Mavaşev Oxu.Az-a Ermənistan və Türkiyə arasında artıq bir neçə aydır müşahidə edilən potensial yaxınlaşmanın erməni müxalifəti tərəfindən qəzəblə qarşılanmasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ankara ilə əlaqə qurmaq lazım gələcək, bunun üçün İrəvan məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidirlər, lakin onlar buna hazır deyillər.

“Onlar üçün Rusiyanın protektoratoru olmaq daha asandır. Bu konstruksiyada lazım gələrsə, “böyük qardaş”ın dəstəkləyəcəyinə, necə deyərlər, düzüb-qoşacağına ümid edərək, hər cür cəfəngiyatı daşımaq olar. Əlbəttə, yerləri rahatdır, burda nə demək olar ki…”, – deyə o, əlavə edib.

Qeyd edək ki, Naxçıvana dəhliz açmaq, Türkiyənin ərazi bütövlüyünün tanınması, Qarabağdan imtina – bu məntiqli addımlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması üçün olsa da Ermənistan müxalifəti bunun əleyhinədir, halbuki, söhbət ölkənin iqtisadi, sosial və demoqrafik dalandan çıxmasından gedir.

Müsahib həqiqətən də bəzi erməni siyasətçilərinin sərgilədikdləri davranışların təəccüb doğurduğunu təsdiqləyib.

“Faktiki olaraq Ermənistan tərəfi qonşularla münasibətləri normallaşdırmağa yönəlmiş heç bir həll yolu təklif etməyib, bununla belə başqalarının bu dialoqu yaratma cəhdlərini tənqid etməyə davam edir. Ermənistanın Qarabağı itirmədiyini hesab etsək belə, bütün bu məsələlər həll olunmamış şəkildə gündəmdə qalacaqdı və İrəvanı geriyə, indi olduğu yerə – gələcəkdən imtina etdiyi əbədi keçmişə sürükləyəcəkdi”, – deyə o, bildirib.

Politoloq xatırladıb ki, Zəngəzurda kommunikasiyaların açılması 2020-ci ilin 10 noyabr tarixində Moskvanın vasitəçiliyi ilə imzalanan Üçtərəfli Bəyanatla təmin edilir:

“Bunu inkar etmək isə ağılsızlıq və uzağı görə bilməməkdir. Hətta Ermənistanın belə tanımadığı Qarabağ qalıqlarını dünyadan tanımağı tələb etmək isə daha çox təəccübləndirir. Tutaq ki, Ankara və Bakı “İrəvanın əbədi düşmənləridir”, amma Ermənistan Qarabağı müstəqil dövlət kimi tanıyan ən azı bir ölkənin, beynəlxalq birliyin üzvünün adını çəkə bilərmi? Bəlkə Fransa və ya ABŞ? Yenə də yox. Bununla belə xatirələrlə yaşamağa, inadkarlıq etməyə davam edirlər”.

Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsinə gəlincə, isə müsahib bildirdi ki, özünə hörmət edən heç bir ölkə öz konstitusiyasında xarici torpaqlara iddia edən bir dövlətlə əlaqələr qurmağa razı olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir