Zəfər Gününü qeyd etmək üçün Bakıya gələn türkiyəli generallar – FOTO

Türkiyədən Azərbaycanın Zəfər Gününü qeyd etmək üçün milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə geniştərkibli heyət ölkəmizdə səfərdədir.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi paylaşım edib.

Səfirlikdən bildirilib ki, milli müdafiə naziri Hulusi Akarla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz, Quru Qoşunları Komandanı Musa Avsever və Dəniz Qüvvələri komandanı Adnan Özbal da Zəfər Gününü qeyd etmək üçün Azərbaycana gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir