Zaxarova: “Ceyhun Bayramovu Moskvaya Sergey Lavrov dəvət edib”

Azərbaycan Xarici İşlər naziri (XİN) Ceyhun Bayramovu Moskvaya Rusiya XİN başçısı Sergey Lavrov dəvət edib.

“Sputnik” bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın brifinqdə açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, nazirlər regional və beynəlxalq gündəm də daxil olmaqla bir çox məsələni müzakirə edəcəklər:

“Azərbaycanın XİN rəhbərinin Rusiya hökuməti və Federal Məclis nümayəndələri ilə görüşü planlaşdırılır”.

Səfər 26 avqustda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir