Zaxarova: “Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur” – VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdəkı çıxışı zamanı Ermənistan – Azərbaycan münasibətləri, o cümlədən Qarabağda cərəyan edən proseslərə də toxunub.

Tədbir qurumun rəsmi saytı və sosial şəbəkə hesablarıyla canlı yayımlanıb.

XİN təmsilçisi bölgədəki Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntuların olmadığını bəyan edib.

O, Rusiyanın həm Azərbaycan, həm də Ermənistanda sülh müqaviləsilə bağlı müzakirələri yaxından izlədiyini bildirib.

Zaxarovanın sözlərinə görə, hazırda tərəflər arasında siyasi mövzularda başlıca məsələlər üzrə fikir ayrılıqları davam edir.

“Məhz bu səbəbdən, indiki mərhələdə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının ən yüksək səviyyədə yerinə yetirilməsini başlıca prioritet hesab edirik. Humanitar məsələlər, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər bu kimi addımlar Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasına, bu isə öz növbəsində məsələnin yekun siyasi həllinə nail olmaq üçün şərait yaratmağa kömək edəcək”, – deyə Zaxarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir