Zelenski liderlərlə danışdı: “Putin əleyhinə koalisiya yaradılır” – FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şoltz, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Polşa Prezidenti Andjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonda danışıb.

Bu barədə Ukrayna Prezidenti “Twitter” hesabında yazıb.

“Putini Ukraynaya və bütün dünyaya qarşı müharibəni dərhal dayandırmağa çağırırıq. Putin əleyhinə koalisiya yaradılır. Təcili sanksiyalar tətbiq edilməli, Ukraynanı müdafiə etməli və maliyyə dəstəyi göstərilməlidir. Hava məkanınızı bağlayın! Dünya Rusiyanı sülhə məcbur etməlidir”, – deyə V.Zelenski bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.