Zurab Todua: “Azərbaycan üçün “Taliban” təhdidi mövcud deyil”

Moldovalı tarixçi, politoloq, postsovet məkanının tarixi ilə bağlı bir çox kitabın müəllifi Zurab Todua hələ uzun illər əvvəl Əfqanıstandakı vəziyyətin gələcək perspektivini dəqiq proqnozlaşdıra bilmişdi.

Oxu.Az-a açıqlama verən Zurab Todua Əfqanıstanda cərəyan edən son hadisələri təhlil edib.

O qeyd edib ki, beynəlxalq koalisiyanın iyirmi illik hərbi kampaniyasının uğursuzluğu ABŞ-ın nüfuzuna ağır zərbə vurub və bütün dünyada olan radikal dini görüşləri müdafiə edənləri ilhamlandırıb.

“Vaşinqtonun bir çox müttəfiqi təəccüb içindədir və ruhdan düşüblər. Belə bir nəticəni çox az adam gözləyirdi. İngiltərənin keçmiş baş naziri Tereza Mey bu yaxınlarda parlamentdə çıxış edərək söylədi: “Biz qlobal Britaniya ilə öyünürük, bəs Kabil küçələrində bu qlobal Britaniya haradadır?”

Rusiyanın zəif olduğu 1990-cı illərdə radikal dini fikirlərin Qafqaza nüfuzetmə təhlükəsi yüksək idi. Çeçenistanda separatçı rejim qurulmuşdu, “Taliban” isə 1999-cu ildə bütün Əfqanıstanı nəzarətə götürmüşdü. Bu gün Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi dünyəvi hakimiyyətin güclü olduğu dövlətlər üçün bu təhlükə ciddi deyil.

Eyni zamanda, “Taliban”ın Əfqanıstandakı uğuru, ehtimal ki, Liviya, İraq və Pakistanda anti-Amerika güclərini ruhlandıracaq. Güclü dövlət, dinamik inkişaf edən iqtisadiyyat, sosial sabitlik və xüsusi xidmət orqanlarının dini ekstremist ocaqları peşəkarlıqla müəyyən edə bilməsi – radikal, dağıdıcı qruplarla mübarizədə uğurun əsas komponentləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir