“Gələcəkdə bütün ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, hazırda buna keçilməyib deyə həmin xidmətlər dövlət büdcəsi hesabına həyata keçirilir:
“Bu gün Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir. Gələcəkdə bu xidmətlərin də icbari tibbi sığorta hesabına edilməsi nəzərdə tutulur”.