“Bu qanun layihəsi ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi üçün çox böyük önəm kəsb edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.
O bildirib ki, artıq dövlət qulluqçularının müvafiq dərəcə almaq üçün 10 il gözləməsinə ehtiyac qalmayacaq:
“Qanun layihəsi dövlət qulluğuna daha yüksək bilik və bacarıqlı gənclərin cəlb edilməsinə yönəlib”.