Artıq üç həftədir ki, bütün dünyanın diqqəti İranda hakimiyyət əleyhinə etirazlara yönəlib, rejimin dinc nümayişçilərə qarşı zorakılığına və repressiyalarına beynəlxalq səviyyədə kəskin reaksiyalar getdikcə artmaqdadır.
Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.
Nə qədər qəribə olsa da, bu şəraitdə bəzi İran rəsmilərinin, eləcə də İran mediası və ekspertlərinin işi-gücü Azərbaycanı izləməkdir və onlar hər dəfə bir bəhanə ilə qonşu ölkənin ünvanına absurd ittihamlar səsləndirməkdə sanki yarışa giriblər.
Son günlər bunun üçün bəhanə kimi İsrailin Müdafiə nazirinin Bakıya rəsmi səfərindən istifadə olunub və həmin səfər kontekstində Azərbaycan Respublikasına qarşı xəstə təxəyyülün məhsulu kimi qiymətləndirilə bilən əsassız iddialar səsləndirilib.
Daha ətraflı süjetdə:
www.RIA24.az