İsraildən Azərbaycan xalqına və ordusuna dəstək – VİDEO

Siyasət

İsraildə Azərbaycandan gəlmiş dağ yəhudiləri Koordinasiya Mərkəzinin və “İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin başçılığı ilə iclas keçirilib.

İclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizənin dəstəklənməsindən bəhs olunub.

“Biz İsraildən Azərbaycan əsgərinə tam dəstəyimizi bildiririk. Biz, Azərbaycandan olan yəhudilər, Azərbaycan və Qarabağ barədə məlumatlıyıq. Ermənilərin də, azərbaycanlıların da kim olduğunu bilirik.

Biz Azərbaycan Respublikasını dəstəkləyirik, çünki həmişə yanımızda olan və bizə kömək edən Azərbaycan xalqı tolerantdır, həmişə yanımızda olacaq”, – Nexemya Şirin Mixaeli qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir