Fergus Auld: “Böyük Britaniya və Azərbaycanın parlaq gələcəyi var” – FOTO

Siyasət

“Böyük Britaniya və Azərbaycanın parlaq gələcəyi var”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld “Twitter” hesabında yazıb.

O, bu gün etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiyi üçün çox şad olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir