Çinin paytaxtı Pekində binanın üzərinə Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb və “Qarabağ Azərbaycandır” şüarı yazılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında xəbər verib.
O, paylaşımına həmin binanın görüntülərini əlavə edib.