Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev Fransa xəbər agentliyi “Agence France Presse”in ( AFP) onunla müsahibəsini yayımlamadığını bildirib.
“Twitter” hesabında Mustafayev AFP və müsahibəsinin yayımlanmasını rədd edən (müxbir) Didye Laurası qınayıb:
“Bizə söz verməkdən və məqalələrimizi dərc etməkdən imtina edən Le Figaro və digər KİV-i qınayıram. Fransada söz azadlığı belə “işləyir”.
Səfir Laurasın ona və Olivye adlı birinə göndərdiyi məktubun şəklini də paylaşıb. Məktubda “Söhbətin məzmunu nəzərə alınaraq hesabat verməməyə qərar verdik. Adı çəkilən ittihamlar təsdiqlənmədi”, – deyə qeyd olunub.
Honte à AFP et Didier Lauras qui a dénoncé à publier mon interview. Honte à La Figaro et tous les autres media qui systématiquement refusent à nous donner parole et publier nos tribunes. Voilà comment « fonctionne » la liberté d’expression en France!! pic.twitter.com/Cu19gwmrHu
— Rahman Mustafayev (@rahman2609m) November 8, 2020