Almaniya şirkətləri Azərbaycana Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman “Twitter”də yazıb.
“Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz alman şirkətini qarşılaya bildim”, – o bildirib.
Mən çox şadam ki, bu gün 🇦🇿 Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz 🇩🇪 alman şirkətini qarşılaya bildim.#RebuildKarabakh #BakuBuild pic.twitter.com/tBIShSD1Cq
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) October 19, 2022
www.RIA24.az