“Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Zəngilan Hava Limanı Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir:
“Belə önəmli layihədə Türkiyə şirkətlərinin də rol alması bizim üçün ayrı şərəfdir. Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması bizləri artıq dərəcədə sevindirir”.
www.RIA24.az