Türkiyə Prezidenti: “Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır”

Siyasət

“Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bütün təmir-bərpa işləri ilə yenidən Azərbaycan inşa edilir. Hazırda bunları yaşayırıq və eşidərək deyil, görərək bu ifadələri istifadə edirik. Başda İlham Əliyev olmaqla bütün heyətin əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə, bu qədər qısa müddətdə Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır”, – Ərdoğan bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir