“Haber Global”: Ərdoğandan Qərbə Cəbrayıl mesajı – VİDEO

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda olarkən ermənilərin rayonu vurduqları zərəri xatırlatdı və Ermənistandan təzminat tələbini gündəmə gətirdi.

Bu barədə Haber Global-ın süjetində bildirilir.

Qeyd olunur ki, Prezident Ərdoğan Cəbrayıldan Qərbə sərt mesaj verib. O, Qərb dövlətləri nümayəndələrini bölgəyə gələrək öz rüsvayçı yanlışlıqlarına tamaşa etməyə dəvət edib.

“Ermənilər işğal illərində bu torpaqları nə hala salıblar. Mən qardaşım Prezident İlham Əliyevdən soruşdum ki, ATƏT, Avropa İttifaqı və digərləri heç buralara gəlib vəziyyəti görmədilərmi? Yox, gəlmirlər. Niyə? Çünki öz üz qaralarını görəcəklər. Qərbin etdiklərini görəcəklər. Bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıraraq təzminat istəmək lazımdır”, – deyə Ərdoğan bəyan edib.

Daha ətraflı Haber Global-ın süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir