Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındılar – FOTO

Siyasət

Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.

Türkiyə səfiri Azərbaycan Prezidenti İlham Əliyevin yol qəzası keçirən türkiyəli siyasətçiləri xəstəxanada ziyarət etdiyini vurğulayıb.

“Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”, – deyə səfir qeyd edib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir