“ATƏT-in Ermənistana göndərdiyi mülki missiya bir neçə dövlətin şəxsi maraqlarını ifadə etməkdən başqa bir şey deyil”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
“ATƏT-in ən böyük üstünlüyü odur ki, bütün qərarlar konsensus əsasında qəbul olunur. Amma Ermənistana belə bir missiyanın göndərilməsi nə müzakirə olunub, nə də kollektiv şəkildə bununla bağlı qərar var”, – deyə o əlavə edib.
Ermənistana göndərilən missiyanın hər hansı siyasi təsirinin olmayacağını qeyd edən millət vəkili bildirib ki, bu, ATƏT-in təməl prinsiplərinə ziddir.
www.RIA24.az