Astaranın 16 illik problemi Milli Məclisdə qaldırıldı – VIDEO

Siyasət

Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov Astaranın su və kanalizasiya problemindən danışıb.

Millət vəkili problemin 16 ildir davam etdiyini qeyd edib. 

“Astaranın dəniz səviyyəsindən aşağıda olması qrunt sularının üzə çıxaraq sanitar-epidemioloji vəziyyəti gərginləşdirməsinə səbəb olur”, – deyə o bildirib.

Xüsusən dəniz sahilində olan bölgələrdə suyun çirklənmə nisbətinin günü-gündən artdığını vurğulayan deputat hökumətə çağırış edərək, problemin aradan qaldırılmasına diqqət yetirilməsini xahiş edib.

Ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir