“Bir çox ölkədə siyasi partiyalar haqqında qanunlar dəyişdirilib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.
O bildirib ki, qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.
Əli Hüseynli qeyd edib ki, Azərbaycanda hakimiyyətin qolları arasında əməkdaşlıq genişlənib.
“Ona görə də nəzərə almaq lazımdır ki, siyasi partiyalar haqqında qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir”, – deyə o əlavə edib.
Aqşin Kərimli
www.RIA24.az