“Mən adam tanıyıram ki, cibində beş partiyanın üzvlük vəsiqəsini gəzdirir. Yəni eyni anda 5 partiyanın üzvüdür”.
Oxu.Az-ın məlumatına görə, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.
“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah da digərinin tədbirində görürsən”, – deyə Elşən Musayev əlavə edib.
Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır:
“Reyestrlə bilinəcək ki, hansı partiyanın nə qədər üzvü var. Partiyalar özlərinə hörmət etməlidirlər”, – deyə Elşən Musayev bildirib.
Aqşin Kərimov
www.RIA24.az