Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı

Siyasət

Ermənistan Baş naziri Nikol Paşinyan həmyerlilərinə videomüraciətində Qarabağda atəşkəsə dair üçtərəfli razılaşmanı imzalamasının səbəbini açıqlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Onun sözlərinə görə, arxa cəbhədə vəziyyətə təsir göstərə biləcək döyüşə hazır qüvvələrin olmaması səbəbindən belə bir addım atıb.

“Arxa cəbhədə vəziyyətə real təsir edə biləcək döyüşə hazır qüvvələr yox idi. Bu səbəbdən də  komandirin hərbçilər naminə həm fiziki, həm də siyasi cəhətdən öz həyatını təhlükəyə atma vaxtı gəlmişdi.

Vətənin, ana yurdu uğrunda heç nəyini əsirgəməyən hərbçilər naminə fədakarlıq göstərməyinin və bu sənədi məhz bu anlayışla imzalamağın vaxtı gəldi”, – deyə baş nazir vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir