“Bu, Fransa diplomatiyası tarixində son illərdə atılan ən uğursuz addımdır”.
Fransalı hüquq müdafiəçisi Tyerri Valle Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
O, məktubunda Makronun Qarabağla bağlı son bəyanatını bu cür şərh edib.
Məktub Fransanın “Causeur” jurnalında dərc olunub.
“Siz öz bəyanatınızla Cənubi Qafqazdakı kövrək sülhü təhlükə altına atdınız. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Avropa İttifaqının rolunu da təhlükə altında qoydunuz”, – deyə müraciətdə bildirilib.
“Beləliklə, Praqada tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması fonunda Fransa prezidentinin “Qarabağ – Ermənistanın ürəyidir” bəyanatı təkcə beynəlxalq hüquqa hörmətsizlik deyil, həm də danışıqlar prosesinin uğuruna xələl gətirir”, – deyə Valle qeyd edib.
www.RIA24.az