2022-ci ilin 9 ayında sənaye zonalarında məhsul istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,5% artaraq 2,1 milyard manatdan çox, ixrac isə 55,3% artaraq 846,1 milyon manat təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.
Nazir qeyd edib ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3% olub. İndiyədək sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub.
www.RIA24.az